Paşinyan Putinə zəng etdi - Nə danışıldı?
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Rusiya iqtisadi münasibətlərində mövcud problemləri müzakirə ediblər.
Paşinyan söhbət zamanı hökumətinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı referendum məsələsinin həllinə hazır olduğunu da vurğulayıb. Danışığın digər detalları açıqlanmayıb.
Kübra Musayeva