Paşinyan bir ayda 3 dəfə Moskvaya gedəcək

Paşinyan bir ayda 3 dəfə Moskvaya gedəcək
14.11.2026 10:32 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya 3 səfər planlaşdırdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Dekabrda 3 dəfə Rusiyada olacağam. Danışıqlar üçün 3 səfər edəcəyəm – dekabrın 3, 11 və 22-si", - Paşinyan bildirib.

O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətlərində dostluq mühitinin qorunub saxlanmasına ümid edir.


TodayPress TV


XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər