Paşinyan Antalyadan götürdüyü bananı Dublindən İrəvana apardı - VİDEO

Paşinyan Antalyadan götürdüyü bananı Dublindən İrəvana apardı - VİDEO
14.11.2026 09:57 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyənin Antalya şəhərində başladığı və İrəvanda sona çatan banan macərası sosial şəbəkələrdə gündəm olub.

TodayPress TV-nin məlumatına görə, Paşinyan COP31 Liderlər Sammitində iştirak etmək üçün getdiyi Antalyada qaldığı oteli tərk edərkən masanın üzərindəki bananı cibinə qoyub. O, həmin anları əks etdirən videonu sosial şəbəkə hesabında paylaşıb.

Daha sonra Avropa Siyasi Birliyinin 9-cu Sammitində iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə yollanan baş nazir cibində gətirdiyi bananı çıxararaq masanın üzərinə qoyub. Paşinyanın üçüncü paylaşımından isə məlum olub ki, o, bananı yemədən özü ilə İrəvana qədər aparıb.

Videoların yayılması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İstifadəçilərin diqqətini çəkən məqamlardan biri də Paşinyanın şəhərin adını “Erevan” kimi tələffüz etməsi olub. Bu ifadə erməni izləyicilərin bir qisminin narazılığına səbəb olub.

Baş nazirin davranışını tənqid edən istifadəçilər onun ünvanına sərt fikirlər səsləndiriblər.

İzləyicilərdən biri Paşinyana müraciətlə “Biabırçılıqdı, cənab baş nazir, özünü ölkə başçısı kimi apar. Sən təlxək olmusan”, – deyə yazıb.

Digər istifadəçi isə paylaşımın şərh bölməsində “Ayıb olsun sənə! Bu nə biabırçı davranışdır, utanıram ki, sən mənim ölkəmin simasısan!” ifadələrini qeyd edib.

Beləliklə, Antalyadan Dublinə, oradan da İrəvana qədər Paşinyanın cibində gəzdirdiyi banan sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

TodayPress TV



XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər