Fransa və Britaniya nüvə barədə saziş imzalayır
Dünya
10.07.2025 09:27
Fransa və Böyük Britaniya nüvə qüvvələrinin koordinasiyası ilə bağlı yeni saziş imzalamağa razılaşıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer iyulun 10-da Londonda rəsmi sənədi imzalayacaqlar. Sazişə əsasən, hər iki ölkə nüvə silahlarını öz nəzarətində saxlayacaq, lakin Avropaya qarşı ciddi təhlükə yaranarsa, bu qüvvələrin koordinasiyalı şəkildə istifadə olunması mümkün olacaq.
Razılaşma həmçinin nüvə silahlarının gələcəyi, silahsızlaşdırma və sənaye əməkdaşlığı ilə bağlı birgə müzakirələri də əhatə edir. Tərəflər bu məqsədlə mövcud "Birgə Nüvə Komissiyası"nı daha da genişləndirməyi planlaşdırırlar.
Sazişin bir hissəsi olaraq, Fransa və Britaniya birgə raket istehsalını da artıracaq və yeni silah sistemləri üzərində əməkdaşlığı davam etdirəcəklər.
Türkan İsgəndərli
tag: Fransa,Britaniya,Nüvə,Saziş,Todaypress.tv,