Pakistan Qəndəhara zərbə endirdi

Pakistan Qəndəhara zərbə endirdi
24.09.2026 08:43 Dünya

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubundakı Qəndəhar şəhərinə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, "TOLO News"un məlumatına görə, zərbələr şəhərin 9-cu rayonunun yaxınlığındakı əraziyə endirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid hücum nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib.

Pakistanın informasiya naziri Attaullah Tarar isə zərbələrin Əfqanıstan tərəfinin Pakistanın hava məkanını pozmasına cavab olaraq həyata keçirildiyini deyib.

Nazirin sözlərinə görə, hücumlar yalnız Pakistan ərazisinə hücum cəhdləri ilə əlaqəli olduğu müəyyən edilən hərbi obyektlərə qarşı həyata keçirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər