Oman sahillərində gəmi yandı: Heyət təcili təxliyə edildi - VİDEO

Oman sahillərində gəmi yandı: Heyət təcili təxliyə edildi - VİDEO
14.11.2026 00:30 Dünya

Oman sahilləri yaxınlığında gəmidə yanğın hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, ərəb mənbələrinin yaydığı məlumata görə, hadisə Oman sahilləri yaxınlığında qeydə alınıb.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatına görə, hadisə Oman sahillərində, Xasab limanından təxminən 8 dəniz mili şimal-qərbdə baş verib.

Yanğın nəticəsində gəminin heyəti təxliyə edilib. Hadisənin səbəbi və gəminin kimə məxsus olduğu barədə hələlik məlumat açıqlanmayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər