Ölü Dəniz Tumarlarının sirri açıldı
Dünya
05.06.2025 19:30
Qroningen Universitetinin alimləri Ölü Dəniz Tumarlarının tarixini süni intellekt vasitəsilə yenidən araşdıraraq bəzi mətnlərin eramızdan əvvəl IV əsrə, yəni əvvəllər düşünüldüyündən 200 il daha əvvələ aid olduğunu müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "PLOS ONE" jurnalında dərc olunub.
Araşdırmada “Enoch” adlı neyron şəbəkə proqramından istifadə olunub. Süni intellekt 135 fraqment (tumarların 10%-i) üzərində yazı üslubu və əl yazısını təhlil edərək, radiokarbon tarixləşdirmə ilə uyğun nəticələr əldə edib. Məlumatlara görə, alqoritm 79% hallarda doğru yaş təxminləri verib.
Əvvəllər tumarların yaşı əsasən paleoqrafik yolla, yəni əl yazısının stili əsasında müəyyən edilirdi. Yeni metod isə süni intellekt, radiokarbon analiz və klassik üsulların inteqrasiyasını təklif edir.
Qeyd edək ki, təxminən 80 il əvvəl Qumran mağaralarında tapılan bu tumarlarda ibrani, aramey, yunan və nəbati dillərində mətnlər yer alır və bəziləri Əhdi-Ətiqin əsasını təşkil edir. Alimlər ümid edirlər ki, bu yeni yanaşma təkcə tumarların yaşını deyil, ümumilikdə dini mətnlərin tarixini yenidən qiymətləndirməyə imkan verəcək.
Türkan İsgəndərli
tag: Ölü dəniz,Tumar,Araşdırma,Yazı,todaypress.tv,
 
        
 
                                 
                                            ![Astronomlar [[sərbəst üzən "körpə planetdə" sürətli böyümə aşkar etdilər]]](/uploads/news/68e2d4a186d7d.webp) 
                                            ![Hansı ayda doğulan uşaqlar [[daha ağıllı olur?]]](/uploads/news/68a087c72ac7f.webp) 
                                            ![11 min dollarlıq burger [[satışa çıxarıldı]]](/uploads/news/68ebf8646bbab.webp) 
                                            ![Balıqlarda bioflüoresensiya [[112 milyon il əvvəl]] yaranıb](/uploads/news/68514128509e4.webp) 
                                            ![[[Təbiətin möcüzəvi müdafiə mexanizmi:]] Böcəklərin sirli “lələk” hərəkəti](/uploads/news/68e29dac396b5.webp) 
                                            ![Britaniyada [[145 milyon illik]] məməli fosili tapıldı](/uploads/news/6877583847f79.webp) 
                                            ![Kollektivlə söhbət iş performansını artırır [[- ARAŞDIRMA]]](/uploads/news/6855642409dea.webp) 
                                            ![Yarasaların [[quşlarla qidalandığı]] məlum oldu](/uploads/news/68eded5589eaf.webp) 
                                            ![Müharibələr [[arıları "sancır"]]](/uploads/news/682ed5b29cd52.webp) 
                                            