İnsanın ürəyi ömrü boyunca neçə dəfə döyünür?
Maraqlı
02.10.2025 19:00
Ürək-damar sistemi ilə bağlı maraqlı faktlar açıqlanıb. Məlumata görə, orta hesabla insanın ürəyi ömrü boyunca təxminən 3,5 milyard dəfə döyünür.
TodayPress TV xəbər verir ki, hər gün ürək təxminən 7 min litr qanı vura-vura, onu 100 mindən çox kilometr qan damarları boyunca dövr etdirir.
Həyat boyunca ürək 200 milyon litrdən artıq qanı orqanizmə göndərir ki, bu da 80-ə yaxın olimpiya hovuzunun həcminə bərabərdir.
Ürəyin özünün "kiçik beyni" olduğu da qeyd olunur. Bu, təxminən 40 min neyronla təchiz olunmuş müstəqil sinir sistemidir. Ürək döyüntüsünün xarakterik səsi isə ürək əzələlərinin daralmasından deyil, ürək qapaqlarının bağlanmasından yaranır.
Ürək-damar sağlamlığını qorumaq üçün balanslı qidalanma, həftədə ən azı 150 dəqiqə orta səviyyəli fiziki fəaliyyət və siqaretdən imtina tövsiyə edilir. Həmçinin, 18 yaşdan yuxarı şəxslərin ildə ən azı bir dəfə qan təzyiqini yoxlatdırması vacib sayılır.
Bundan başqa, ürək xəstəliklərinin inkişafında virus infeksiyaları və yuxusuzluq kimi faktorların da əhəmiyyətli rolu olduğu vurğulanır.
Türkan İsgəndərli
tag: Ürək,Döyüntü,Damar,İnsan,Todaypress.tv,
