Alimlər ilk dəfə meteorit mənşəli almaz yaratdılar

Maraqlı

17.08.2025 19:45

Çinli alimlər ilk dəfə iri ölçülü meteorit mənşəli almaz — lonsdeylit (hekzaqonal almaz) əldə etməyə nail olublar. Bu materialın mövcud ən sərt maddə sayılan adi almazdan da möhkəm ola biləcəyi güman edilir.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Tədqiqatçılar yüksək təzyiq və temperatur metodundan istifadə edərək bu supermöhkəm almazın kiçik disk formasında nümunələrini hazırlayıblar.

Yeni material gələcəkdə qazma alətlərində, elektronika və digər texnologiyalarda klassik almazı əvəz edə bilər. 

Qeyd edək ki, almazların kristal quruluşu kubikdir və atomlar dörd bərabər bağla birləşərək ideal tetraedrlər şəbəkəsi yaradır. Hekzaqonal almazda isə struktur fərqli olub, karbon təbəqələri A və B ardıcıllığında yerləşir ki, bu da möhkəmliyi nəzəri olaraq 58% artırır.

Qiymət Mahir

tag: Çin,Alim,Almaz,Hekzaqonal,Todaypress.tv,