Kinolar insan davranışlarına təsir edir

Maraqlı

29.09.2025 04:48

Xarici araşdırmalar göstərir ki, kinolar təkcə əyləncə vasitəsi deyil, həm də insanların psixoloji və sosial davranışlarına təsir edə bilən güclü vasitədir.

TodayPress TV xəbər verir ki, tədqiqatçılar filmlərin insanların inanclarını, stereotiplərini və münasibətlərini dəyişdirə bildiyini deyirlər.

Məsələn, bəzi filmlər gənclərin sosial məsələlərə yanaşmasını dəyişə, bəziləri isə insanların alış-veriş vərdişlərinə və ailə planlaması ilə bağlı qərarlarına təsir edə bilər.

Aparılan araşdırmalara görə, mənalı filmlər insanlara çətinlikləri aşmağa kömək edir və onları məqsədli olmağa təşviq edir. Müsbət xüsusiyyətləri göstərən filmlər isə insanları daha yaxşı biri olmağa ruhlandıra bilər.

Bununla yanaşı, filmlərin mənfi təsirləri də var. Son illər filmlərdə zorakılıq və cinayət mövzularının artması narahatlıq doğurur. 1970–2020-ci illər arasında "öldürmək" və "qətl" kimi sözlərin filmlərdə istifadəsi artıb.

Mütəxəssislər filmləri izləyərkən onların təsirini nəzərə almağı və seçim edərkən diqqətli olmağı tövsiyə edirlər.

TodayPress TV 

tag: Kino,İnsan,Təsir,Həyat,Todaypress.tv,