NYT: Tramp Zelenskiyə təhlükəsizlik zəmanəti verməyəcək
Dünya
02.01.2026 11:00
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə onun tələb etdiyi formatda təhlükəsizlik zəmanəti təqdim etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Zelenskinin Qərb müttəfiqlərindən konkret təhlükəsizlik zəmanətləri əldə etmək üçün davamlı cəhdləri sonda nəticəsiz qalacaq və hətta potensial olaraq təhlükəli ola bilər.
Yazıda vurğulanır ki, Tramp Ukrayna ilə bağlı hər hansı öhdəlik götürsə belə, sonradan bu öhdəlikləri manipulyasiya edərək onların icrasından yayınmaq imkanına malikdir.
Nəşrin müəllifinin fikrincə, Trampın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini yerinə yetirəcəyinə dair şübhələr onun Rusiya ilə birbaşa qarşıdurmaya getmək istəməməsindən qaynaqlanır. Bildirilir ki, o, bunu tez-tez dilə gətirsə də, indiyədək Moskva ilə açıq qarşıdurma iradəsi nümayiş etdirməyib.
Qiymət Mahir
tag: Tramp,ABŞ,Zelenski,Ukrayna,Todaypress.tv,
