Norveçdə yeni avtomobillərin 96%-i elektromobil olub

Norveçdə yeni avtomobillərin 96%-i elektromobil olub
03.01.2026 13:03 Dünya

Norveçdə 2025-ci ildə satılmış təzə maşınların 96 faizi elektromobil olub.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, dekabr ayında isə göstərici 98 faizə yüksəlib.

Qeyd edilir ki, 2024-cü ildə satılmış təzə maşınların 88,9 faizi elektrik dartısına əsaslanırdı.

Ölkədə il ərzində 179 549 ədəd təzə avtomobil rəsmiləşdirilib ki, bu da illik əsasda 40 faiz artım deməkdir.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər