Nigeriyada dəhşətli hadisə: 25 nəfər həlak oldu, onlarla insan itkin düşdü
Nigeriyada Munya bölgəsindən bazara gedən sərnişinləri daşıyan qayıq Şiroro bölgəsində batıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində azı 25 nəfər həyatını itirib, çox sayda insan isə itkin düşüb.
Rəsmilər hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini və ölü sayının arta biləcəyindən narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Nigeriyada yağış mövsümündə çay və göllərdə tez-tez qayıq qəzası halları baş verir.
Töhfə Səməd