Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA
İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsi İordaniya sərhədi yaxınlığında iki pilotsuz uçuş aparatının vurulmasından sonra Vaşinqtona yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Netanyahunun təyyarəsi Negev bölgəsində yerləşən hərbi bazalardan birindən havaya qalxaraq ABŞ paytaxtı Vaşinqtona istiqamət alıb.
İsrail mediası bildirir ki, uçuş İordaniya sərhədi yaxınlığında iki pilotsuz uçuş aparatının zərərsizləşdirilməsindən sonra həyata keçirilib. Hadisə ilə təyyarənin uçuşu arasında əlaqə barədə isə rəsmi açıqlama verilməyib.