NATO Rusiyanın “burnunun dibində” hərəkətə keçir? - GƏRGİNLİK ARTIR

NATO Rusiyanın “burnunun dibində” hərəkətə keçir? - GƏRGİNLİK ARTIR
13.09.2026 11:44 Dünya

Polşa NATO-nu Kalininqrad vilayəti sərhədləri yaxınlığında intensiv təlimlər keçirməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Onun sözlərinə görə, bu cür hərbi manevrlər Rusiyanı Ukraynada yerləşən qoşunlarının bir hissəsini Kalininqrad vilayətinə yönləndirməyə məcbur edə bilər. Sikorski Varşavanın bölgədəki vəziyyəti diqqətlə izlədiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Litvanın xarici işlər naziri də Kalininqrad vilayətinə zərbə endirilməsi ehtimalını istisna etməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər