Meğri gömrük məntəqəsinin rəisi həbs edildi

Meğri gömrük məntəqəsinin rəisi həbs edildi
02.01.2026 23:30 Dünya

Meğri gömrük məntəqəsinin rəisi Ovannes Əmirxanyan həbs edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi istintaq altında olan cinayət işi çərçivəsində Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla 5 nəfərə qarşı cinayət təqibinin başlandığını təsdiqləyib. 

Onlar dövlət vəzifələrindən sui-istifadə etməkdə, vergidən yayınmaqda və buna kömək etməkdə ittiham olunurlar. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən birinə və digər şəxsə qarşı qətimkan tədbiri olaraq həbs qətimkan tədbiri tətbiq edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər