Medinski: "Rusiya Ukraynanı 6 min əsgərinin cəsədini geri almağa çağırır"

Dünya

07.06.2025 15:03

Rusiya prezidentinin köməkçisi və nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Moskvanın Ukrayna tərəfini 6 min Ukrayna hərbi qulluqçusunun meyitlərini götürməyə çağırdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

O vurğulayıb ki, bu, ailələrin meyitləri insanlıqla dəfn etməsi üçün vacibdir.

"Xahiş edirik, 6 min Ukrayna əsgəri və zabitinin meyitlərini götürsünlər ki, ailələri onları torpağa tapşırsın. Biz burada tam hazır vəziyyətdəyik. Beynəlxalq televiziya kanalları, informasiya agentlikləri və müxbirlər şəxsən gəlib bunu yoxlaya bilərlər".

O əlavə edib ki, Rusiya bütün prosesə hazırdır və tərəfləri humanizm prinsiplərinə sadiq olmağa çağırır.

Töhfə Səməd

tag: Rusiya,Vladimir Medinski,Ukrayna ,Əsgər,Meyit,todaypress.tv,