Hakan Fidan Rusiya səfərindən danışdı
Dünya
29.05.2025 09:43
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşü faydalı kimi dəyərləndirib.
TodayPress TV xəbər verir ki, nu barədə nazir səfərdən sonra verdiyi açıqlamada bildirib.
"Rusiya prezidenti ilə görüş çox isti atmosferdə keçdi. Biz əsasən Ukrayna ilə bağlı danışıqlardan danışdıq. İstanbulda keçirilən görüşdən sonra müəyyən qiymətləndirmələrimiz oldu, mən bunları səsləndirdim və reaksiya aldım. Ümid edirəm ki, bu, Kiyevə səfərimin məhsuldarlığına töhfə verəcək", – deyə Fidan qeyd edib.
Nazir vurğulayıb ki, əgər real nəticələr əldə olunması məqsədilə çalışılırsa, bu cür təmaslar və səmimi müzakirə imkanları çox vacibdir.
Xatırladaq ki, Fidan mayın 26–27-də Rusiyaya səfər edib.
Türkan İsgəndərli
tag: Türkiyə,Hakan Fİdan,Rusiya,Putin,todaypress.tv,