Çin iqtisadiyyatında geriləmə
Dünya
15.08.2025 12:52
ABŞ-nin tətbiq etdiyi tarif artımlarının yaratdığı qeyri-müəyyənlik Çin iqtisadiyyatına təsir göstərməyə davam edir. 2025-ci ilin iyul ayında sənaye istehsalı, istehlak və əsas kapitala investisiyalarda əvvəlki aylara nisbətən artım templəri zəifləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb.
Bildirilir ki, sənaye istehsalı iyulda ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Bu göstərici iyun ayındakı 6,8%-lik artımdan aşağıdır. Pərakəndə satışlar iyulda 3,7% artıb, halbuki iyunda bu rəqəm 4,8% idi. Əsas kapitala investisiyalar isə ilin ilk 7 ayında 1,6% artıb (ilk 6 ayda bu artım 2,8% idi).
Məlumata görə, hökumətin daxili tələbi artırmaq üçün həyata keçirdiyi istehlak təşviqi proqramlarının təsiri də zəifləməyə başlayıb.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Tarif,Ticarət,Todaypress.tv,