Avropa Ukraynaya qaz alışı üçün kredit ayıracaq
Dünya
13.08.2025 16:00
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın "Naftoqaz" şirkətinə qış üçün qaz almaq məqsədilə 575 milyon dollar kredit ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko "Telegram" kanalında məlumat verib.
O bildirib ki, bu AYİB-in tarixində ən böyük müqavilədir və vəsait Ukraynanın vətəndaşlarını soyuq qış aylarında işıq və istiliklə təmin etməyə kömək edəcək.
Sviridenko vurğulayıb ki, bu kredit ilk dəfə Ukrayna dövlət zəmanəti olmadan, Avropa İttifaqının zəmanəti ilə verilir.
Son məlumatlara görə, Ukrayna Macarıstan və Slovakiyadan qaz idxalını artırıb. İyulda Macarıstandan idxal 13% artaraq 300 milyon kubmetr, Slovakiyadan isə 140% artaraq 268 milyon kubmetr olub.
Bundan əlavə, "Naftoqaz" rəhbəri Serhiy Koretski iyulun 28-də bildirib ki, Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi vasitəsilə Azərbaycandan qaz alacaq.
Türkan İsgəndərli
tag: Avropa,AYİB,Naftoqaz,Ukrayna,Todaypress.tv,