Malayziyanın parkı UNESCO Dünya İrs Siyahısına salındı
Dünya
14.07.2025 01:00
Malayziyanın paytaxtı Kuala Lumpurun 16 km şimal-qərbində yerləşən FRIM Meşə Parkı rəsmi olaraq UNESCO Dünya İrs Siyahısına daxil edilib.
TodayPress TV xəbər verir ki, bu qərar iyulun 6-dan 16-dək Parisdə keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyasında qəbul olunub.
Namizədlik prosesi 2013-cü ildə başlamışdı.
Malayziya Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilib ki, bu ərazi tropik meşə ekosisteminin bərpasına dair ilk genişmiqyaslı uğurlu təşəbbüslərdən biridir. Keçmiş qalay mədən sahəsində ağacların yenidən əkilməsi ilə tropik meşə ekosistemi yaradılıb.
UNESCO-nun məlumatına görə, FRIM bərpaolunmaz torpaqların ekoloji cəhətdən bərpası və davamlı istifadəsi baxımından nümunəvi bir modeldir.
Bu qərarla Malayziyanın UNESCO Dünya İrs Siyahısındakı obyektlərinin sayı 6-ya çatıb.
Qiymət Mahir
tag: UNESCO,Dünya İrs Siyahısı,Malaziya,Paris,FRIM,TodayPress TV,