“OpenAI” nəhəng data-mərkəzlərlə Yaxın Şərqə açılır

Dünya

19.05.2025 04:45

4

“OpenAI” Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə gücü 5 qiqavat olan nəhəng data-mərkəz kompleksinin yaradılmasında iştirak edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb. 

Bildirilib ki, layihə süni intellekt infrastrukturuna həsr olunmuş dünyada ən iri obyektlərdən biri ola bilər.

Sahəsi 10 kvadrat mil (Monakodan böyük) olan kampusun enerji tələbatı 5 atom reaktoruna bərabər olacaq. “OpenAI” bu mərkəzdə əsas icarəçi rolunu oynayacaq.

Layihə yerli texnologiya şirkəti “G42” ilə birgə həyata keçirilir və “OpenAI”nin 2024-cü ilin əvvəlində elan etdiyi “Stargate” təşəbbüsünün bir hissəsidir. Məqsəd süni intellekt üçün yüksək performanslı çiplərlə təchiz olunmuş qlobal miqyaslı data-mərkəzlər şəbəkəsi yaratmaqdır.

Qiymət Mahir

tag: “OpenAI”,BƏƏ,Abu-Dabi,Layihə,todaypress.tv,