Peqasus uçuşlarında poverbank qadağan edildi
Dünya
05.08.2025 16:38
İstanbul–Seul reysini yerinə yetirən Asiana Hava Yollarına məxsus təyyarə Qazaxıstan hava məkanında olarkən bir sərnişinin daşınan şarj cihazını (powerbank) oturacaq arasına salması səbəbilə İstanbul Hava Limanına geri qayıdıb.
TodayPress TV xəbər verir ki, insidentdən sonra Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məsələ ilə bağlı açıqlama verib.
O, daha əvvəl Cənubi Koreyada bir təyyarədə poverbank partlaması nəticəsində yanğın baş verdiyini xatırladaraq, oxşar riskin Türkiyədə yaşanmaması üçün tədbir görüldüyünü bildirib:
“Sivil Aviasiya Baş İdarəmiz vasitəsilə hava yolu şirkətlərinə uçuş zamanı daşınan şarj cihazlarının istifadəsinin qadağan olunması ilə bağlı tövsiyə göndərilib”.
Qiymət Mahir
tag: İstanbul,Seul ,Asiana Hava Yolları,Qazaxıstan ,Todaypress.tv,