Rusiya və Ukrayna cəsəd mübadiləsi apardı

Dünya

16.06.2025 16:10

Rusiya prezidenti Vladimir Putinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya İstanbulda əldə olunan razılaşmalar çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin həlak olan 6060 zabit və əsgərinin cəsədini Ukrayna tərəfinə təhvil verib.

TodayPress TV xəbər verir ki, bu barədə Medinski özünün "Telegram" kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi də 78 rus hərbçisinin cəsədini geri qaytarıb. Eyni zamanda, hərbi əsirlərin mübadiləsi prosesi davam edir.

Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib. Görüş zamanı humanitar məsələlər, o cümlədən yaralı və ağır xəstə hərbi əsirlərin dəyişdirilməsi, 25 yaşına çatmamış şəxslərin geri qaytarılması, həlak olmuş hərbçilərin cəsədlərinin təhvil verilməsi məsələləri üzrə razılıq əldə olunub.

Razılaşmaya əsasən, Rusiya 6 mindən çox ukraynalı hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verməyə razılaşıb.

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,Əsr,Mübadilə,Todaypress.tv,