Latın Amerikası qarışdı: Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi
Argentina prezidenti Xavyer Miley Braziliyaya səfəri zamanı ölkə prezidenti Luiz İnasio Lula da Silvanı sərt ifadələrlə tənqid edib və müxalif namizəd Flavio Bolsonaruya açıq dəstək verib.
TodayPress TV xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.
Məlumata görə, San-Pauluda Liberal Partiyanın qurultayında çıxış edən Miley Lula da Silvanı “cinayətkar” adlandırıb, onun hökumətini isə “sosialist zibili” kimi xarakterizə edib. Argentina lideri həmçinin Braziliyada və ümumilikdə Latın Amerikasında sol qüvvələrin hakimiyyətdən uzaqlaşdırılmasına çağırış edib.
Qeyd edək ki, Mileyin bu açıqlamaları iki ölkə arasında yeni diplomatik gərginliyə səbəb ola bilər.
Kübra Musayeva