KİV: Venesuelada partlayış səsləri eşidilir

KİV: Venesuelada partlayış səsləri eşidilir
03.01.2026 11:09 Dünya

Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub.

TodayPress TV xəbər verir ki, bu barədə "AHaber" AFP informasiya agentliyinə (Fransa) istinadən bildirib.

"Karakasda silsilə partlayışlar olub. Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub", - məlumatda deyilib.

Telekanal yerli mediaya istinadən qeyd edir ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtdakı hədəfləri vurub.

"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb.

Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər