KİV: F-35 pilotsiz versiyası F-47 ilə tandemdə uçacaq

KİV: F-35 pilotsiz versiyası F-47 ilə tandemdə uçacaq
03.06.2025 14:43 Dünya

Beşinci nəsil F-35 qırıcılarının pilotsuz versiyası gələcəkdə altıncı nəsil F-47 döyüş təyyarəsinin “qanadaltı köməkçisi” rolunu oynaya bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “The National Interest” jurnalı yazıb

Nəşrin müəllifi Piter Suciu qeyd edib ki, bu cür birgə əməliyyatlar ABŞ Hərbi Hava Qüvvələri F-47 təyyarəsini əldə etdikdən və “Lockheed Martin” şirkəti F-35-in avtonom imkanlarını kifayət qədər inkişaf etdirdikdən sonra mümkündür

Məqalədə vurğulanıb ki, F-35 təyyarəsinin artıq müəyyən pilotsuz funksiyaları mövcuddur. 2023-cü ildə keçirilən sınaqlarda bu xüsusiyyətlər nümayiş etdirilib – təyyarə pilot katapult edildikdən sonra 11 dəqiqə ərzində özü müstəqil uçuş həyata keçirib.

Ekspertlər bu texnoloji inteqrasiyanın ABŞ-nin hava döyüş taktikasında yeni bir mərhələ açacağını proqnozlaşdırırlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər