Karapetyan Paşinyanın mətbuat katibini məhkəməyə verdi

Karapetyan Paşinyanın mətbuat katibini məhkəməyə verdi
08.07.2025 11:56 Dünya

Ermənistanda tanınmış iş adamı Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan, hökumət aparat rəhbərinin müavini Taron Çaxoyan və politoloq Arutyun Mkrtçyan barəsində məhkəməyə müraciət edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat ölkənin “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.

Karapetyan cavabdehlərdən hər birinin onun ünvanına səsləndirdiyi böhtan xarakterli fikirləri ictimai şəkildə təkzib etməsini və mənəvi zərərin ödənilməsi üçün 9 milyon dram (təxminən 23 min dollar) təzminat tələb edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər