Kamçatkada güclü zəlzələ baş verdi
Rusiyanın Kamçatka vilayətinin Avaça körfəzində 6,5 bal gücündə zəlzələ olub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka bölməsi məlumat yayıb..
Zəlzələ Bakı vaxtı ilə saat 05:59-da, Petropavlovsk-Kamçatskidən 170 kilometr aralıda, 51 kilometr dərinlikdə baş verib.
Hazırda zərərçəkənlər və dəyən ziyan barədə məlumat yoxdur.
Türkan İsgəndərli