İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

Dünya

24.06.2025 23:54

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Borna News” agentliyi məlumat yayıb.

Məlumata görə, Rəşid Əslami və Rezvanpur Fotuhi İsrailin İranın Qəzvin əyalətindəki qərargahına endirdiyi zərbə nəticəsində ölüblər.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişəyə doqquz gün sonra daxil olub: iyunun 22-nə keçən gecə ABŞ qüvvələri İranın üç nüvə obyektinə hücum edib.

İyunun 23-də axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük - Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib.

Trampın sözlərinə görə, İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər. İsrail rəsmiləri ABŞ-nin təklifini qəbul etdiklərini təsdiqləyib və bütün tapşırıqlarını yerinə yetirdiklərini bildiriblər. İran İsraili birtərəfli qaydada təcavüzə son qoymağa məcbur etdiyini bildirib.

tag: İran, İsrail,ABŞ, Tramp, todaypress.tv,