Böyük Britaniya və Aİ yeni tərəfdaşlıq sazişi imzaladı
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) 2040-cı ilə qədər iqtisadiyyata azı 9 milyard funt sterlinq (təxminən 12 milyard dollar) əlavə gəlir gətirəcək yeni əməkdaşlıq razılaşmasına imza atıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.
Londonda keçirilən ilk Böyük Britaniya–Aİ sammiti çərçivəsində imzalanan razılaşmaya müdafiə və təhlükəsizlik paktı, balıqçılıq müqaviləsi və “sanitariya və fitosanitar tədbirlər”ə dair yeni saziş daxildir. Bu saziş qida və içkilərin idxal və ixracını asanlaşdıracaq, sərhəd yoxlamalarını və bürokratik maneələri azaldacaq.
Bundan əlavə, bəzi heyvan və bitki məhsullarına dair yoxlamalar tamamilə ləğv ediləcək və Böyük Britaniya ilə Şimali İrlandiya arasında malların sərbəst hərəkəti bərpa olunacaq.
Razılaşma karbon ticarəti sistemlərinin birləşdirilməsini və Britaniya poladının Aİ-nin yeni qaydalarından azad edilməsini də əhatə edir. Britaniya vətəndaşları Aİ ölkələrində daha asan sərhəd keçidi və ev heyvanları ilə az sənədlə səyahət imkanı əldə edəcəklər.
Türkan İsgəndərli
tag: Böyük Britaniya,Aİ,Saziş,Razılaşma,todaypress.tv,