İranın “rəqəmsal casusu” üzə çıxdı: ABŞ gəmilərini AI izləyib
İran hərbçilərinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin hərəkətini izləmək və təbliğat aparmaq üçün “Anthropic” şirkətinin süni intellekt modeli “Claude”dan istifadə etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, “Axios”un məlumatına görə, “Claude” ABŞ hərbi gəmiləri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin mövqelərinin izlənməsi üçün məlumat bazalarının hazırlanmasına, həmçinin təyyarə və gəmilərin müəyyənləşdirilməsinə və peyk görüntülərinin təhlilinə kömək edib.
Məlumata görə, Tehran süni intellekt modelindən daxili müşahidə məqsədilə də yararlanıb. Model vasitəsilə azlıq qruplarının və müxalifət nümayəndələrinin müəyyənləşdirilməsinə cəhd göstərilib.
“Anthropic” şirkətinin məlumatları İranın süni intellekt imkanlarından hərbi və daxili təhlükəsizlik məqsədləri üçün istifadə etdiyini göstərir.
Kübra Musayeva