Hörmüzdə minaya düşən tanker yandı

Hörmüzdə minaya düşən tanker yandı
14.11.2026 10:40 Dünya

Hörmüz boğazının şərq hissəsində hərbi dəniz minasına düşən tanker yanıb və hərəkətsiz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 14-də boğazın məhdud və təhlükəli elan edilmiş ərazisində baş verib. İran tərəfinin iddiasına görə, tanker əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayıb, həmçinin izləmə və identifikasiya sistemlərini söndürüb.

İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən gəmilərin təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər