Gert Vilders partiyasını koalisiyadan çıxardı
“Biz koalisiyanı tərk edirik”.
TodayPress TV xəbər verir ki, bu sözləri Nideland azadlıq Partiyasının (PVV) lideri Gert Vilders sosial şəbəkə “X”də paylaşdığı açıqlamada yazıb.
Vilders bildirib ki, koalisiyadakı digər partiyalar onun miqrasiya siyasətini sərtləşdirməyə dair planını dəstəkləməyib, razılaşmada heç bir dəyişiklik edilməyib. Onun sözlərinə görə, belə bir vəziyyət başqa çıxış yolu qoymur.
Xatırladaq ki, Azadlıq Partiyası ötən parlament seçkilərində ən çox mandat qazanan siyasi qüvvə olub. Partiyanın koalisiyadan çıxması hökumətin dağılmasına və yeni seçkilərə səbəb ola bilər.
Qiymət Mahir