Fransanın BMT-dəki qərarı ABŞ-ni qəzəbləndirdi
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Fransanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə namizədin seçilməsi zamanı verdiyi səsə görə sərt tənqid edib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Uolts bildirib ki, Fransanın bu addımı “məyusedici olsa da, təəccüblü deyil” və bunu ölkənin “insan hüquqlarını ən kobud şəkildə pozanlardan birini dəstəkləməsi ilə bağlı biabırçı səsvermədən diqqəti yayındırmaq cəhdi” kimi qiymətləndirib.
Amerikalı diplomat əlavə edib ki, Fransa ABŞ, Böyük Britaniya və İsrail kimi azad və suveren demokratiyaları tənqid edən, eyni zamanda dünyada insan hüquqlarını pozan rejimlərlə yaxın münasibətlər quran namizədi dəstəkləyib.