Fransada deputat intihar etdi

Fransada deputat intihar etdi
07.07.2025 22:50 Dünya

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı "Respublikaçılar" Partiyasından olan üzvü Olivye Marleks özünün seçildiyi dairədə - Anet kommunasında (Fransanın mərkəzindəki Er və Luar departamenti) intihar edib.

TodayPress TV xəbər verir ki, bu barədə “AFP” agentliyi prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.

Məlumata görə, 54 yaşlı deputatın meyiti bazar ertəsi axşam saatlarında jandarm patrulu tərəfindən evində aşkarlanıb. Patrul kommunanın merini çağırıb.

Faktla bağlı təhqiqata başlanılıb.

F.Marleks parlamentə seçilməzdən əvvəl Nikola Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər