Fransa ABŞ-ni tənqid etdi

Fransa ABŞ-ni tənqid etdi
28.07.2025 12:59 Dünya

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış ticarət razılaşmasını tənqid edib. O, bu sazişin Aİ iqtisadiyyatı üçün müvəqqəti sabitlik gətirə biləcəyini qəbul etsə də, onun balanssız və ədalətsiz olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Haddad şəxsi "X" hesabında yazıb.

Nazir vurğulayıb ki, ABŞ-nin gömrük siyasəti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını açıq şəkildə nəzərə almır və hazırkı razılaşma Vaşinqtonun azad ticarəti deyil, iqtisadi təzyiqi üstün tutduğunu göstərir.

O əlavə edib ki, Avropa Komissiyası Brüsseldən Vaşinqtona qarşı maraqlar balansını qorumaq üçün mübarizə aparmalıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər