Falcon 9 İtaliyanın COSMO-SkyMed peykini orbitə çıxardı
Dünya
03.01.2026 19:00
Falcon 9 raketi İtaliyanın ikili təyinatlı COSMO-SkyMed peykini orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, SpaceX şirkətinə məxsus Falcon 9 raketi ikinci nəsil COSMO-SkyMed radar peykini aşağı Yer orbitinə uğurla yerləşdirib.
Peyk İtaliya Kosmik Agentliyi və İtaliya Müdafiə Nazirliyi tərəfindən idarə olunacaq.
Buraxılış Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasından həyata keçirilib. Təxminən 13 dəqiqə sonra 2,2 tonluq peyk 619 kilometr yüksəklikdə nəzərdə tutulan orbitə çıxarılıb və altı peykdən ibarət bürcə qoşulub.
COSMO-SkyMed peykləri həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunur. Onlar dəniz nəqliyyatının izlənməsi, təbii fəlakətlərin monitorinqi, ətraf mühitin qorunması, kənd təsərrüfatı və iqlim tədqiqatlarında mühüm rol oynayır. Eyni zamanda milli təhlükəsizlik sahəsində də tətbiq edilir.
Bu buraxılış Falcon 9 raketinin 21-ci uçuşu olub. Missiyadan sonra raket Kaliforniyadakı LZ-4 eniş meydançasına uğurla enib.
Jalə Rövşən
tag: Falcon 9,Peyk ,İtaliya ,SpaceX,Todaypress.tv,
