Ermənistanın qızılgülləri Moskvaya çatmadan “soldu”
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Belarus üzərindən Ermənistandan Rusiyaya qanunsuz yolla gətirilməyə cəhd edilən 39 mindən artıq qızılgülü aşkarlayıb.
TodayPress TV-nin məlumatına görə, Rosselxoznadzorun mətbuat xidməti bildirib ki, iyulun 23-də qurumun Bryansk, Smolensk və Kaluqa vilayətləri üzrə əməkdaşlarının nəzarəti altında böyük həcmdə qızılgül partiyası məhv edilib.
Məlumata əsasən, yük sənədlərdə alkoqolsuz içkilər kimi rəsmiləşdirilib. Qızılgülləri daşıyan Belarus vətəndaşının idarə etdiyi avtomobilin Minsk vilayətindən Moskvaya yollandığı qeyd olunub.
Xatırladaq ki, Rusiya bu il mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edib.