Ərdoğanla Makron arasında telefon danışığı baş tutdu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri Emmanuel Makron arasında telefon danışığı baş tutub.
TodayPress TV xəbər verir ki, Makron bu barədə “X”da paylaşım edib.
O bildirib ki, danışıq zamanı Qəzzadakı vəziyyət müzakirə edilib.
“Az öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı vəziyyət və iki dövlətli həll konfransının perspektivləri haqqında telefonla danışdım. Hər şey israillilərin və fələstinlilərin sülhü və təhlükəsizliyi üçün edilməlidir”, - deyə o yazıb.
Töhfə Səməd