Ərdoğan: “Türkiyə “Sumud Donanması”ndakı bütün sərnişinlərin yanındadır”
Dünya
02.10.2025 17:25
“Türkiyə insanlığın ortaq vicdanının tərcümanı olan “Sumud Donanması”ndakı bütün ümid sərnişinlərinin yanındadır”.
TodayPress TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Genişləndirilmiş İl Başçıları Toplantısı”nda çıxışı zamanı deyib:
Ərdoğan çıxışında bildirib ki, Türkiyə qlobal “Sumud Donanması”na qarşı yönələn hər hansı təzyiq və zorakılığı qətiyyətlə pisləyir:
"Türkiyə “Sumud Donanması”ndakı bütün sərnişinlərin yanındadır. Əlaqədar qurumlarımız hadisələri anbaan izləyir və aktivistlərin, həmçinin vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirləri görür".
Prezident, həmçinin vurğulayıb ki, dövlət və millət olaraq əsas prioritet Qəzzada qan tökülməsinin dayanması və humanitar yardımların məzlumlara maneəsiz çatdırılmasıdır:
"Çətin şəraitdə həyat və ləyaqət uğrunda mübarizə aparan fələstinli qardaşlarımızı tək qoymayacaq, atəşkəsin təmin olunması, sülh və əmin-amanlığın bərqərar olması üçün bütün gücümüzlə çalışacağıq".
Türkan İsgəndərli
tag: Ərdoğan,İsrail,Fələstin,Donanma,Todaypress.tv,
