Kallas: "Rusiya enerjisi alan Avropa ölkələrinə sanksiya nəzərdən keçirilir"
Dünya
25.09.2025 10:06
Avropa İttifaqının Xarici İşlər Naziri Kaya Kallas Macarıstan və Slovakiyanın Rusiya nefti və qazı aldıqlarına görə sanksiyalara məruz qalmamalı olduqlarını deyib.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə qonşu dövlətlərin təqdim etdiyi alternativ enerji təkliflərini də nəzərdən keçirməlidir.
Kallas etiraf edib ki, Rusiya enerji resursları daha ucuzdur. O əlavə edib ki, Aİ Rusiya nefti və qazından imtina etmək üçün mühüm addımlar atsa da, hələ də Rusiyadan enerji asılılığını davam etdirən ölkələr mövcuddur və bu, təəssüf doğurur.
Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edən ABŞ Prezidenti Donald Tramp Aİ liderləri ilə Rusiya enerji idxalının azaldılması məsələsini müzakirə edəcəyini açıqlayıb. Tramp Avropa ölkələrinin həm Rusiya resurslarını almağa davam etməsini, həm də Moskva ilə mübarizə aparmağa çalışmasını “biabırçılıq” kimi qiymətləndirib.
Daha sonra Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ABŞ Prezidenti ilə görüşdən sonra bəyan edib ki, Aİ 2027-ci ilə qədər Rusiyadan enerji idxalına tamamilə son qoymağı planlaşdırır.
Xatırladaq ki, Macarıstan bir müddət əvvəl Rusiya ilə enerji əməkdaşlığını davam etdirmək niyyətində olduğunu açıqlamışdı.
Jalə Rövşən
tag: Kaja Kallas,Macarıstan,Slovakiya,Sanksiya,TodayPressTV,Rusiya,
