Vuçiç etirazçılara səsləndi: "Heç kim dövlətdən güclü deyil"
Dünya
29.06.2025 16:45
Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə davam edən etirazlarla bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Tanjug" xəbər agentliyi məlumat yayıb.
O bildirib ki, etirazçılar dövləti məğlub edə bilməyəcəklər.
“Mən onların nə düşündüyünü başa düşmürəm. Doğrudanmı, dövlətdən güclü olduqlarını zənn edirlər? Heç kim dövlətdən güclü ola bilməz".
Prezidentin sözlərinə görə, dövlət əleyhinə çağırışlar tələbələrin zəif təhsil aldıqlarını göstərir. O, etirazların “şıltaqlıq” üzərində qurulduğunu və tələbələrin tələblərinin artıq unudulduğunu qeyd edib.
O, zorakılıq törədənlərin cəzalandırılacağını və əfv edilməyəcəyini bildirib. Eyni zamanda prezident, dinc və şifahi şəkildə etiraz edən vətəndaşların hüquqlarına hörmətlə yanaşdığını da vurğulayıb.
Qeyd edək ki, Serbiyada tələbələr 6 aydan çoxdur təhsil müəssisələrinin fəaliyyətini əngəlləyir və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. İyunun 28-də tələblər üçün qoyulan müddət bitdikdən sonra onlar “vətəndaş itaətsizliyi tədbirləri”nə başlayıblar.
Türkan İsgəndərli
tag: Serbiya,Belqrad,İğtişaş,Polis,Todaypress.tv,