Əfqanıstanda aclıq üzrə antirekord qeydə alındı
Dünya
05.08.2025 09:24
Əfqanıstanda uşaq aclığı ilə bağlı müşahidə tarixində ən kəskin artım baş verib. BMT-nin Dünya Ərzaq Proqramı ölkədə vəziyyətin sürətlə pisləşdiyini bildirir.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı BMT-nin Dünya Ərzaq Proqramına istinadən məlumat yayıb.
Bildirilir ki, əhalinin dörddə biri – təxminən 10 milyon nəfər – kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Ölkədə hər üç uşaqdan biri xroniki qidalanma problemi səbəbindən fiziki inkişafdan geri qalır.
BMT qurumu vəziyyətin ağırlaşmasını son iki ildə humanitar yardımların əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirir. Bu azalmanın əsas səbəbi donor dəstəyindəki kəskin azalma olub. Xüsusilə də, bu ilin aprelində ABŞ Prezidenti Donald Trampın administrasiyası Əfqanıstana ərzaq yardımlarını tamamilə dayandırıb.
Ərzaq böhranını dərinləşdirən başqa bir amil isə qonşu ölkələrdən – xüsusilə İrandan – qanunsuz miqrant kimi tanınıb deportasiya olunan əfqanların kütləvi şəkildə ölkəyə qayıtmasıdır. Təkcə son iki ayda VPP tərəfindən 60 min geri dönən şəxsə yardım göstərilib.
Qiymət Mahir
tag: Əfqanıstan,BMT,Dünya Ərzaq Proqramı,Aclıq,Todaypress.tv,