Hakan Fidan BRICS-də Lavrov və Quterreşlə görüşəcək

Dünya

07.07.2025 14:29

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 17-ci BRICS sammiti çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrov və BMT Baş katibi Antonio Quterreşlə görüşməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Fidanın planlaşdırılan ikitərəfli görüşləri sırasında həmçinin Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə də təmaslar nəzərdə tutulur.

6–7 iyul tarixlərində Braziliyada keçirilən 17-ci BRICS sammitində Rusiya nümayəndə heyətinə Sergey Lavrov rəhbərlik edir. Prezident Vladimir Putin tədbirdə onlayn formatda iştirak edir. Növbəti BRICS sammiti 2026-cı ildə Hindistanda baş tutacaq və bu ölkə həmin tədbirə sədrliyi həyata keçirəcək.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidanın BRICS sammitində ölkəsini təmsil edəcəyi açıqlanmışdı.

Qiymət Mahir

tag: Türkiyə ,Hakan Fidan,BRICS,Sergey Lavrov,Antonio Quterreş,