Slovakiyanın Baş naziri Putin, Si Cinpin və Zelenski ilə görüşlər keçirəcək

Dünya

02.09.2025 00:40

Slovakiyanın baş naziri Robert Fitso İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı şənliklərdə iştirak etmək üçün Çinə yollanır və Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Tsinpinlə görüşməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə baş nazir özünün "Facebook" hesabında məlumat verib.

Fitso əlavə edib ki, Slovakiyaya qayıdandan sonran isə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.

"Təsdiq etmək istərdim ki, Pekinə səfərim zamanı Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və orada iştirak edən digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəm. Pekindən qayıtdıqdan sonra cümə axşamı axşam saatlarında Slovakiyanın şərqinə gedəcəm və orada cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəm", - deyə o qeyd edib.

tag: Robert Fitso,Zelenski,Putin,Si Cinpin,Görüş,Todaypress.tv,