Avstriyada terror aktı törədən şəxsin evində videomesaj tapıldı

Dünya

11.06.2025 17:15

Avstriyanın Qrats şəhərində məktəbə silahlı hücum törətməkdə şübhəli bilinən şəxsin mənzilində videomüraciət və vida məktubu tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Avstriya polisinin "Ö1" telekanalı məlumat yayıb.

Polis əməkdaşlarının açıqlamasına görə, şəxsin evində axtarış zamanı həm rəqəmsal, həm də əlyazma formasında vida məktubu, eləcə də ünvanı olan videokaset götürülüb. Bundan əlavə, bir ədəd nasaz əldəqayırma bomba da aşkar edilib. Məlum olub ki, qurğu texniki nasazlığa görə partlamayıb.

Hazırda hüquq-mühafizə orqanları cinayətin motivlərini araşdırır. Lakin şübhəlinin ölməsi bu prosesi çətinləşdirir. Araşdırmalar çərçivəsində şəxsin ailə üzvləri və yaxın ətrafı dindirilir.

Qeyd edək ki, iyunun 10-da Qrats şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində 9 nəfər həlak olub, 12 nəfər ağır yaralanıb. 

Türkan İsgəndərli

tag: Avstriya,Qrats,Məktəb,Hadisə,todaypress.tv,