Dağıstanda 110 nəfər sudan zəhərləndi

Dağıstanda 110 nəfər sudan zəhərləndi
08.07.2025 12:21 Dünya

Dağıstanın Maqaramkent rayonunda əksəriyyəti uşaq olmaqla 100-dən çox insan içməli sudan kütləvi zəhərlənərək xəstəxanaya yerləşdirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə “TASS”a rayon rəhbəri vəzifəsini icra edən Feyruddin Rəqimxanov məlumat verib.

"Xəstəxanaya əsasən uşaq olmaqla 110 nəfər daxil olub", - agentliyin mənbəsi bildirib.

Rospotrebnadzorun respublika departamentinin məlumatına görə, Dağıstanın beş yaşayış məntəqəsinin: Maqaramkent, Kuysun, Gilar, Qaptsax və Verxniy Tagirkent sakinlərində çoxsaylı bağırsaq infeksiyası halları aşkar edilib. Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, hallar infeksiyanın su yolu ilə ötürülməsi ilə bağlıdır. 

Nicat Osman

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər