Çində böyük torpaq sürüşməsi baş verdi, ölənlər var

Çində böyük torpaq sürüşməsi baş verdi, ölənlər var
28.07.2025 10:07 Dünya

Çində uzun müddət davam edən yağışlardan sonra böyük torpaq sürüşməsi baş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. 

Palçıq sürüşmələri ölkənin cənub-qərbində, Yunnan əyalətinin Puer şəhərində qeydə alınıb. Nəticədə magistral yolda hərəkətdə olan avtomobil palçıq altında qalıb. Avtomobildə olan 5 sərnişinin heç biri xilas edilə bilməyib. Onların meyitləri üç saat yarımdan sonra dağıntılar altından çıxarılıb. 

Hadisə yerinə dərhal 80-dən çox xilasedici cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında yanğınsöndürənlər, polis və tibbi heyət də iştirak edib. Dağıntıların təmizlənməsi üçün əraziyə 5 ekskavator göndərilib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər