Çində avtomobil istehsalı və satışı artmaqda davam edir
Dünya
11.06.2025 14:40
Çin ilin ilk beş ayında avtomobil istehsalı və satışında ikirəqəmli artım qeydə alaraq ölkədə istehlakın güclü olduğunu nümayiş etdirib.
TodayPress TV xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) çərşənbə günü yaydığı məlumata görə, yanvar-may aylarında ölkədə ümumilikdə 12,83 milyon avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.
Avtomobil satışları isə 10,9 faiz artaraq 12,75 milyon ədədə çatıb.
Xüsusilə yeni enerji ilə işləyən avtomobillərin (NEV) istehsalı ötən ilə nisbətən 45,2 faiz artaraq 5,7 milyon ədədə yaxınlaşıb. Satışlar da 44 faiz artaraq 5,61 milyon ədəd təşkil edib. Bu avtomobillər ümumi yeni avtomobil satışlarının 44 faizini təşkil edib.
CAAM bildirir ki, sabit iqtisadi artım, istehlak mallarının yenilənməsi proqramı və istehsalçıların yeni modelləri bazara çıxarması avtomobil bazarına müsbət təsir göstərib.
Qiymət Mahir
tag: Çin,Avtomobil,İstehsal,Satış,todaypress.tv,